AXC 100 İllik Flashmob – Bakı Avropa Liseyi

24 may 2018-ci il tarixdə Bakı Avropa Liseyinin 5a1,9a1,9a2,10a1 sinif şagirdləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş flashmob keçirilmişdir. Şagirdlərin və sinif rəhbərlərinin təklifi və təşəbbüsü ilə keçirilən bu tədbirdə şagirdlər tərəfindən mahni ifa olunmuş, müstəqil Azərbaycana həsr olunmuş şeirlər oxunmuşdur. Sonda şagirdlər tərəfindən canlı ifa olunan Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında şagirdlər 100 rəqəmini canlandırmışlar.
Xüsusi olaraq sinif rəhbərləri Gülarə Quliyeva, Hidayət Allahverdi, Sədaqət Nəsirli,Tünzalə İbadova və valideyn kollektivinə dərin minnətdarlığımızı bildiririk.